Elvin İslamovun atası: “Bizə şəhid olacağının mesajını verirdi, anlamırdıq”

Baku TV Vətən müharibəsi şəhidi Elvin İslamov haqqında reportaj hazırlayıb.

Elvin İslamov Vətən müharibəsi başlanan ilk gündən cəbhəyə yollanıb.

9 oktyabr 2020-ci ildə Füzuli rayonu Qorqan kəndinin azad olunması uğrunda gedən döyüşlərdə həlak olub. Oktyabrın 29-da onu və yoldaşlarını döyüş zonasından götürə biliblər.

Füzuli istiqamətində gedən döyüşlərdə şəhid olan E.İslamov “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.

Şəhidin atası Elçin İslamov oğlu haqqında danışarkən bildirib ki, Elvin həlak olmamışdan qabaq ailəsinə şəhid olacağının mesajını verirdi:

“Elvin işə gedəndə bəzən bacısına “şəhidə belə qulluq etməzlər. Mən şəhid olacağam” deyirdi. Müharibədən əvvəl işlədiyi yerdən çıxdı. O ərəfədə pula da ehtiyacı var idi. Elvini tənbeh edirdim ki, bu vaxt işdən çıxmazlar. Elvin “ata, mən elə bir iş görəcəyəm ki, hamınız mənimlə fəxr edəcəksiniz” deyirdi. Bunların hamısı şifrəli sözlər idi. Onun şəhadətindən sonra düşünürsən ki, Elvin bizə mesaj verirdi. O, bizi şəhid olacağına hazırlayırdı”.

Elçin İslamovun sözlərinə görə, anası Elvinin şəhid olduğunu öyrəndiyi gün onu yuxuda görüb:

“Elvin anasına deyib ki, qurbanlarını kəs, dostlarımla gəlmişəm. Buna görə də, oğlum şəhid olanda iki qurban kəsdik”.

Ətraflı süjetdə:

Elvin İslamovun atası: “Bizə şəhid olacağının mesajını verirdi, anlamırdıq”


Elvin İslamovun atası: “Bizə şəhid olacağının mesajını verirdi, anlamırdıq”


Mənbə

0
0
Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Ətraflı