“Həmin evlərdən çox ürküdücü səslər gəlir” – Reabilitasiya Mərkəzində nə baş verir?

Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Ləhiş bağları adlanan ərazidə yerləşən iki villanın alkoqolizm və narkomaniyadan xilas olmaq üçün fəaliyyət göstərən reabilitasiya mərkəzi olduğu deyilir.

Vətəndaşlar burada müalicə alan şəxslərin qeyri-adekvat davrandıqlarını, onları müxtəlif hərəkətlərlə narahat etdiklərini iddia ediblər.

“Bu cür yerləri adətən şəhərdən kənar, əhalinin olmadığı yerlərdə açırlar. Niyə mənim iki azyaşlı övladım hər gün narkoman söhbətlərini eşitməlidir? Həmin evlərdən çox ürküdücü səslər gəlir. Artıq bir tədbir görülməlidir”, – deyə qəsəbə sakini şikayətini bildirib.

Daha ətraflı Baku TV-nin süjetində:

“Həmin evlərdən çox ürküdücü səslər gəlir” – Reabilitasiya Mərkəzində nə baş verir?


“Həmin evlərdən çox ürküdücü səslər gəlir” – Reabilitasiya Mərkəzində nə baş verir?


Mənbə

0
0
Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Ətraflı