İsmayıllıda torpaq sürüşməsi olub: Evlərə ziyan dəyib

İsmayıllının Qoydan kəndində torpaq sürüşməsi olub.

“Report” xəbər verir ki, torpaq sürüşməsi nəticəsində bir neçə fərdi yaşayış evi təhlükəli vəziyyətlə üzləşib.

Buna səbəb son zamanlar Şimal-qərb bölgəsində aramsız yağan yağışların sürüşmə zolaqlarını aktivləşdirməsi olub. Leysandan əsasən dağətəyi ərazilərdə olan evlər zərər çəkib.

Sakinlərin sözlərinə görə, torpaq sürüşməsi bir-iki gün davam etsə, kənddə yaşamaq mümkün olmayacaq. Bundan başqa, dağlardan sel suları ilə gələn gil qatı həyətyanı sahələrdə də bir sıra çətinliklər yaradıb.

Məsələ ilə bağlı Qoydan kənd icra nümayəndəsi Vüqar Bəşirov bildirib ki, aidiyyəti qurumların nümayəndələri əraziyə baxış keçiriblər:

“Şəkillər çəkilib, koordinatlar götürülüb. Layihə smeta sənədlərinin hazırlanması işləri davam etdirilir. Yaxın gələcəkdə həmin ərazidə yaşayan insanların təhlükəsizliyinin qorunması üçün lazımı addımlar atılacaq”.

Mənbə

0
0
Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Ətraflı