Qubada sel Qusarçayın sahilini yuyub, yol çöküb

Qusarçaya davamlı gələn güclü sel nəticəsində çayın sahili yuyulub və Qubada asfalt yol çöküb.

AZƏRTAC xəbər verir ki, Samur-Abşeron kanalını qidalandıran su kanalının kənarı ilə çəkilən asfalt yoldan Quba və Xaçmazın bir sıra kəndlərinin sakinləri istifadə edir. Çökmə intensiv hərəkət müşahidə olunan yolun iki hissəsində baş verib.

Çay sahilinin yuyulması nəticəsində yüksəkgərginlikli elektrik xəttinin dirəyi üçün də təhlükə yaranıb.

Hazırda Quba suvarma sistemləri idarəsinin ağır texnikaları çayın məcrasında suyun istiqamətini dəyişmək üçün işləyir.

Çayda suyun səviyyəsi azalandan sonra sahilbərkitmə işləri həyata keçiriləcək.



Mənbə

0
0
Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Ətraflı