Yevlaxda sahil boyu evlər uçmaq təhlükəsi ilə üz-üzə

Yay aylarında sel keçən çayda suyun artması, onun məcrasının dəyişməsinə səbəb olub.

Xezerxeber.az-ın məlumatına görə, Əlicançayın Yevlaxın Yuxarı Bucaq kəndindən keçən hissəsində sahil boyu evlər uçmaq təhlükəsi ilə üz-üzə qalıb.

Sakinlərin sözlərinə görə, əkin sahələrini, həyətyanı əraziləri çay yuyur. Əlican çayı sahilini yuyaraq artıq evlərə yaxınlaşıb.

Məcrası dəyişən Əlican çayı hazırda Yuxarı Bucaqda 10-dan çox fərdi təsərrüfatı hədəfə alıb.

Onlar bildiriblər ki, çayın yaratdığı təhlükə ilə bağlı adiyyəti qurumları da məlumatlandırılıblar.

Məsələ ilə bağlı Yevlax Suvarma Sistemləri İdarəsinin baş mühəndisi Ariz Mikayılov həmin çayın onların balansında olmadığını vurğulayıb.

Yevlax Şəhər İcra Hakimiyyətindən isə bildirilib ki, çayın yaratdığı problemlərlə bağlı aidiyyəti qurumlara müraciət ünvanlanıb.

Ətraflı süjetdə:

Yevlaxda sahil boyu evlər uçmaq təhlükəsi ilə üz-üzə


Yevlaxda sahil boyu evlər uçmaq təhlükəsi ilə üz-üzə


Mənbə

0
0
Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Ətraflı