“Acıların qadını”na azərbaycanlı alimdən ŞİLLƏ kimi SÖZLƏR – sübut etməyə hazıram…

Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun sədri, Türkiyə Prezidenti yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü, professor Aygün Attar hədəf seçilib. Bu kampaniyanı isə “acıların qadını” başladıb.

Azərbaycan-Türkiyə qardaşlığı yolunda illərlə sevgi ilə, “yoruldum” demədən çalışan bir türk ziyalısı, güclü qadın “acıların qadını”nı çox narahat etməyə başlayıb. O, öz bədbəxtliyini Aygün Attara ləkə yaxmaqla kompensasiya etməyə çalışır. Daha doğrusu, buna nail olmağı özünə söz verib.

Öz maraqları naminə bütün xainliklərə hazır olan, zamanında yararlandığı, süfrəsindən yemək yediyi insanları işi düşmədiyi təqdirdə tanımayan, onlara arxa çevirən, səslərini yazıb öz maraqları üçün xərcləyən, pul adı gələndə daim oyaq olan “acıların qadını” tam sürətlə hərəkətə keçib. Amma unudub ki, Aygün Attarla yerlə göy qədər fərqlidir.

2021-ci ilin fevralında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qərarı ilə Türkiyə Prezidenti yanında Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin üzvü təyin edilən, Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında xüsusi xidmətlərinə görə Prezident İlham Əliyev tərəfindən “Dostluq” ordeni ilə təltif edilən Aygün Attar qeyd edildiyi kimi, xüsusi xidmətlərinə görə ad-san qazanıb. İkincisi, Attarın arxasında onu sevən bir ordu var. “Acıların qadını” isə künc-bucaqda sürünməklə daim kölgədədir.

Aygün Attar məhz öz pilləsindən çıxış edərək ona çamur atmağa çalışana, cinayətkarlarla oturub-durana cavab verib, ona “hodri meydan!” deyib.

Həmin yazını təqdim edirik:

“Mən həyatımda heç vaxt Pensilvaniyada olmamışam.

Mən o insanları tanımıram, üstəlik, polis akademiyasında Öndər Aytaç adlı bir şəxs var idi (indi qaçaqdır) və o, qəzetdə dərc etdirdiyi köşə yazısında hər ay məni linç edirdi.

Sözüm odur ki:

“Hocaəfəndinin kitabını oxuyub səhərə qədər ağladım” deyib, sonra bu ifadələri yaddan çıxarıb ekranlarda onu təhqir edənlərdən olmamışam.

Bir vaxtlar Azərbaycanda yaşadığından xəbərdar olduğum Əli Çankaya adlı FETÖ imamı sayəsində məşhur olmadım.

Məni cəmiyyətə təsir etmək üçün yaradılan, yüzminlərlə avroluq qurumlara rəhbər təyin etmədilər.

Heç vaxt yalan danışmadım.

Ailəmdəki qız uşaqlarını pul qarşılığında xaricə satan zaman banditizmin əlinə keçmədim.

Tanınmış şəxslərin adını çəkib insanlardan pul yığmadım.

Bir vaxtlar qaldırdığım qədəhlərə şahidlik edən insanlara, millətə özümü dindar kimi sırımadım.

Çətin günlərdə köməyinə sığındığım insanların sirlərindən xəbərdar olsam da, onlara xəyanət etmədim.

Üzə gülüb, arxalarınca iş çevirmədim.

Paxıllıqdan partladığım üçün gecə-gündüz camaatın ayağının altını qazmadım.

Türkiyədə “hər şeyin soruşulduğu xüsusi statuslu məsləhətçisi” olduğum yalanı ilə camaatı aldatmadım.

İngilis dilini bilməməyimə baxmayaraq, İngiltərənin ən mühüm mətbuat orqanında təcrübə keçdiyimi utanmadan iddia etmədim.

Mən yaltaqlığı həyat tərzi kimi qəbul etmədim.

Hamıya uyğunlaşmağa çalışmadım.

Öz maraqlarımı hər şeydən üstün tutmadım, pul hərisi olmadım.

İnsanların üzünə gülərək onlara quyu qazmadım, səsini yazıb tələ qurmadım.

Mən cinayətkarlarla işləmədim.

Azərbaycanda, Türkiyədən olmağımdan asılı olmayaraq, rastlaşdığım hər yüksəkvəzifəli məmura başqalarından şikayət etmədim.

Mən öz bədbəxtliyimin qisasını millətdən almadım.

Siyahını uzada bilərəm…

Sizi yormadan bunu deyim ki, bütün bunları edən şəxs son vaxtlar mənim fəaliyyətimdən narahatdır.

Nəslimə, soyadıma görə uzun müddət susdum, amma bəsdir!

Yuxarıda yazdıqlarımı müttəhimlərlə, şahidlərlə, sənədlərlə bir-bir sübut etməyə hazıram.

Onlarla plastik əməliyyatlara baxmayaraq, əldədüzəlmə saxta qadına meydan oxuyuram.

Onun kim olması ilə maraqlananlar üçün qeyd edim ki, təkcə ayaqqabı ölçüsünü yazmamışam, çoxunuz onun kim olduğunu artıq bilirsiniz”.

Qeyd edək ki, Aygün Attar 1962-ci ildə Qubadlıda anadan olub. O, 1986-cı ildə Bakı Dövlət Universitetini bitirib, 1993-cü ildə Rusiya Elmlər Akademiyasının Tarix şöbəsində doktorluq müdafiəsi edib. Aygün Attar 1990-cı illərin ortalarından Türkiyədə yaşayır və Türkiyə vətəndaşıdır, ailəlidir, üç övladı var. 2012-16-cı illərdə Türkiyənin Giresun Universitetinin rektoru olub. Oksford Universitetinin Sokrat mükafatının laureatıdır.

Mənbə

0
0
Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Ətraflı