Azərbaycan və Rusiya XİN-ləri arasında 11-ci konsulluq məsləhətləşmələri keçirilib

İyunun 25-də Bakı şəhərində Azərbaycan Xarici İşlər Nazirliyi və Rusiya Xarici İşlər Nazirliyi arasında sayca 11-ci konsulluq məsləhətləşmələri keçirilib.

Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib.

Bildirilib ki, məsləhətləşmələrdə Azərbaycan nümayəndə heyətinə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin rəisi Emil Səfərov, Rusiya nümayəndə heyətinə isə Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin Konsulluq Departamentinin direktoru Aleksey Klimov rəhbərlik edib.

Görüşdə həmçinin Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin və Dövlət Miqrasiya Xidmətinin rəsmiləri iştirak edib.

Konsulluq məsləhətləşmələri zamanı iki ölkə arasında konsulluq sahəsində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, o cümlədən sahə üzrə ikitərəfli sənədlərin imzalanması və konsulluq xidmətlərinin rəqəmsallaşdırılması imkanları barədə fikir mübadiləsi aparılıb.

Tərəflər iki ölkə vətəndaşlarının hüquq və azadlıqlarının qorunması və onlara konsulluq yardımının göstərilməsi mövzusu üzrə müzakirə aparıb, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında ədliyyə, miqrasiya, təhsil və digər vacib sahələrdə əlaqələrin gücləndirilməsi istiqamətində birgə tədbirlərin vacibliyini vurğulayıblar.

Danışıqların sonunda iki ölkənin nümayəndə heyətlərinin rəhbərləri tərəfindən görüşün protokolu imzalanıb.

Mənbə

0
0
Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Ətraflı