İsmayıllıda torpaq sürüşməsi səbəbindən sakinlər kəndi tərk edirlər

İsmayıllının Qoydan kəndində torpaq sürüşməsi baş verib.

Bu barədə Oxu.Az-a məlumat verilib.

Qeyd olunub ki, bu gün vətəndaşlar bütün aidiyyəti orqanlarda – İsmayıllı Rayon İcra Hakimiyyəti və Fövqəladə Hallar Nazirliyinin (FHN) rayon şöbəsində olublar, həm Daxili İşlər Nazirliyinin “102” xidmətinə, həm də FHN-in “112” qaynar telefon xəttinə məlumat veriblər.

“Dedilər ki gözləyin, komissiya gəlib baxacaq. Amma torpaq sürüşməsi elə bir yerdədir ki, evlərin damlarındadır”, – deyə sakinlər bildiriblər.

Hazırda çıxılmaz vəziyyətdə qalan vətəndaşlar məcbur olub kəndi tərk edirlər.

Video və fotoları təqdim edirik:

Əzizə İsmayılova



Mənbə

0
0
Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Ətraflı