SOCAR ilə VNG şirkəti arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə VNG şirkəti arasında təbii qaz və bərpa olunan enerji mənbələri sahələrində əməkdaşlığın genişləndirilməsinə dair Anlaşma Memorandumu imzalanıb.

Oxu.Az xəbər verir ki, bu barədə SOCAR-dan məlumat verilib.

Bildirilib ki, Almaniyanın aparıcı enerji şirkətlərindən biri olan VNG ilə imzalanan Anlaşma Memorandumu dayanıqlı enerji həllərinin inkişafına və beynəlxalq əməkdaşlığın təşviqinə töhfə verəcək.

Sənəd təbii qazın təchizatı imkanlarının araşdırılması və qaz infrastrukturundan istifadə üzrə təcrübə mübadiləsini nəzərdə tutur. Memoranduma əsasən, tərəflər həmçinin bərpa olunan enerji və karbonsuzlaşdırılmış qazlara keçidi nəzərdə tutan layihələr üzrə əməkdaşlıq imkanlarını araşdıracaqlar.

Mənbə

0
0
Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Ətraflı