Yusif Mustafayevdən Əli Mirəliyevə cavab: “Mənsiz dayana bilmirlər”

“Əcəb edib deyib. Əli müəllimə nə edə bilərəm ki, daha deyib də”.

Bunu “Qaynarinfo”ya açıqlamasında Əməkdar artist Yusif Mustafayev həmkarı Əli Mirəliyevin “Yusif Mustafayevə Əməkdar artist fəxri adı verdilər, amma heç oxuyan da deyil” ittihamına cavabında deyib.

Sənətçi Əli Mirəliyevi özünə böyük qardaş hesab etdiyini bildirib:

“Mənsiz dayana bilmirlər də. Harada qalmaqal var, mütləq bir tərəfində mənim adımı hallandırırlar. Əli müəllimə hər şey olar, bizim qardaşımızdır. Kim nə istəyir, desin. Söz azaddır”.

Qeyd edək ki, 40 ildir sənətdə olan müğənni Manaf Ağayev fəxri ada layiq görülməməsindən şikayətlənib. Müğənni Əli Mirəliyev məsələyə münasibət bildirərkən “Yusif Mustafayevə Əməkdar artist fəxri adı verdilər, amma heç oxuyan da deyil. Manaf darıxmasın, özüm ona ad verəcəyəm”, deyib.



Mənbə

0
0
Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Ətraflı