Zakir Həsənov: “Antiterror əməliyyatına dünyada unikal əməliyyat kimi baxırlar”

“Antiterror əməliyyatına dünyada unikal əməliyyat kimi baxırlar”.

Oxu.Az xəbər verir ki, bunu Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov iyunun 25-də AZƏRTAC-a və AzTV-yə müsahibəsində söyləyib.

“Bütün bu təhlillər göstərdi ki, biz müharibədəki bütün o təcrübənin tətbiqindən sonra artıq antiterror əməliyyatı zamanı qısa müddətdə düşmən darmadağın edildi. Bu antiterror əməliyyatına dünyada unikal əməliyyat kimi baxırlar, onunla maraqlanırlar. Çox sevindirici haldır ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun əməliyyatları bu gün bütün dünyada dərindən öyrənilir”, – deyə nazir bildirib.

“Biz müharibə vaxtı əldə etdiyimiz təcrübəni də, nöqsanları da öyrənirik. İstifadə etdiyimiz silahları da öyrənirik – onların hansının tətbiqi bizə daha çox fayda gətirdi, hansılar döyüşlərdə özünü çox da yaxşı göstərmədi. Təbii ki, biz nəticələr çıxardıq və onları dəyişdik”, – deyə Z.Həsənov vurğulayıb.



Mənbə

0
0
Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Ətraflı