ABŞ dövlət katibinin köməkçisi Ceyms O`Brayen Azərbaycana gəlir

ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O`Brayen Azərbaycana səfər edəcək.

Bu barədə ABŞ Dövlət Departamentinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, O`Brayen iyunun 27-29-da Bakıda və Xorvatiyanın Dubrovnik şəhərində səfərdə olacaq.

“Bakıda ABŞ-Azərbaycan ikitərəfli münasibətlərindəki irəliləyişi və ABŞ-nin Ermənistan və Azərbaycan arasında sülh sazişinin imzalanması istiqamətində verdiyi dəstəyi vurğulamaq üçün O`Brayen yüksəksəviyyəli hökumət nümayəndələri ilə görüşəcək”, – qurumdan bildirilib.

Bundan sonra diplomat Dubrovnik Forumunda iştirak etmək üçün Xorvatiyaya yollanacaq. Orada O`Brayen Qərbi Balkan dövlətlərinin Avro-Atlantik inteqrasiyasını müzakirə edəcək. O, həmçinin, Xorvatiya rəhbərliyi ilə müdafiə və enerji təhlükəsizliyi sahəsində əməkdaşlıq məsələləri ilə bağlı fikir mübadiləsi aparacaq.

Mənbə: TASS

Mənbə

0
0
Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Ətraflı