Ağacların aşdığı magistral yolda hərəkət bərpa edildi

Qaraməryəm-İsmayıllı-Şəki magistral avtomobil yolunun Qəbələ rayonunun Nohurqışlaq kəndi ərazisindən keçən hissəsində iki ədəd irigövdəli ağacın aşması nəticəsində magistral yol bağlanıb.

Oxu.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, daxil olan məlumatla əlaqədar dərhal FHN-in Şimal-qərb Regional Mərkəzinin xilasediciləri çağırış ünvanına cəlb olunublar.

Xilasedicilər müvafiq vasitələrlə aşmış ağacların hissələrə bölünərək yoldan götürülməsini, bununla da magistral yolda sərbəst hərəkətin bərpasını təmin ediblər.

Qəbələdə magistral yolda problem yarandı: Nazirlik hərəkətə keçdi


Qəbələdə magistral yolda problem yarandı: Nazirlik hərəkətə keçdi




Mənbə

0
0
Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Ətraflı