Ağcabədidə ağır qəza: Ölən və xəsarət alanlar var

Ağcabədi rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Qarabağ bürosu xəbər verir ki, Hadisə Yevlax-Bəhrəmtəpə avtomobil yolunun Ağcabədi rayonunun Qiyamadınlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

VAZ markalı minik avtomobili ilə traktor toqquşub. Nəticədə minik avtomobilində olan qadın sərnişin hadisə zamanı həyatını itirib, hər iki sürücü isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Ölən və yaralanan şəxslərin şəxsiyyətləri müəyyən edilməyib.

Faktla bağlı araşdırma aparılır.



Mənbə

0
0
Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Ətraflı