Gənc oğlan azyaşlı sevgilisi ilə cinsi münasibətdə oldu: “Anası da orada idi”

İmişli rayonunda 2000-ci il təvəllüdlü Mirzə sevgi münasibətində olduğu Vəsiləyə (adlar şərti verilib – red.) təcavüz edib.

Teleqraf.com-un məlumatına görə, Mirzə 2023-cü ilin iyul ayının əvvəllərində İmişli şəhəri, T.İsmayılov küçəsində yerləşən fərdi yaşayış evində 2009-cu il təvəllüdlü Vəsilə ilə onun razılığı əsasında təbii yolla cinsi əlaqədə olub.

Bu hadisədən iki gün sonra o, yenidən evdə Vəsilənin razılığı əsasında qeyri-təbii yolla cinsi əlaqədə olub və ona qarşı təkrar seksual xarakterli digər hərəkətlər edib.

Bundan sonra 2023-cü ilin iyul ayının sonlarınadək müxtəlif günlərdə Vəsilə ilə evdə görüşərək cinsi əlaqədə olub.

İstintaq orqanı tərəfindən Mirzənin barəsində Cinayət Məcəlləsinin 152.4.1-ci (on altı yaşına çatmayan şəxslə təkrar cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Mirzə ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib.

O qeyd edib ki, əvvəllər İmişli rayonunda kompüter klubu işlədib:

“Vəsiləni klubun qarşısına gəlib-gedərkən görmüşəm və orada tanış olmuşam. Sonradan Vəsilə ilə aramızda sevgi münasibəti yarandı və onunla yaxınlıq etməyə başladım. Vəsilənin evinə mütəmadi olaraq gedib-gəlmişəm. Vəsilə ilə ilk dəfə onun evində könüllü olaraq cinsi əlaqədə olmuşam”.

Təqsirləndirilən şəxs bildirib ki, Vəsilə ilə zorla deyil, onun öz istəyi ilə cinsi əlaqədə olub:

“Vəsilənin evində cinsi əlaqədə olarkən onun anası da evdə olub. Vəsilə mənə yaşının 14 olduğunu deyib. Onunla qeyri-təbii yolla cinsi əlaqədə olmamışam. Vəsilənin hamilə olduğundan xəbərim olmayıb”.

İş üzrə zərərçəkmiş Vəsilənin sözlərinə görə, Mirzə ilə tanış olduqdan sonra sevgi münasibətində olublar:

“Mirzə ilə olan münasibətimdən anam Sevdanın xəbəri olub. Anamın evdə olmadığı vaxtlarda Mirzə yaşadığım evə gəlib. Həmin vaxt evdə ikimiz olmuşuq. Mirzə mənə cinsi əlaqədə olmaq istədiyini bildirib. Mən isə ona istəmədiyimi dedim”.

Zərərçəkmiş qeyd edib ki, ilk dəfə Mirzə ilə 2023-cü ilin iyul ayının əvvəllərində günorta vaxtlarında öz evində cinsi əlaqədə olub:

“Mirzəyə istəmədiyimi desəm də, mənimlə zorla cinsi əlaqədə oldu. Mirzə yalandan mənimlə evlənəcəyini bildirdi və məni aldatdı. Sonra Mirzədən hamilə qaldım. Bətnimdə olan uşağı altı aylıq olarkən tələf etdim”.

Vəsilə bildirib ki, Mirzə onu döyüb və ona xəsarət yetirib:

“Mənə sonsuz olduğunu və uşağının olmayacağını deyib. Atam adam öldürdüyünə görə hazırda uzunmüddətli həbsdədir. Mirzədən başqa heç kimlə cinsi əlaqəsi olmamışam”.

İş üzrə zərərçəkmiş Vəsilənin anası Sevda da ifadə verib.

O bildirib ki, Daxili İşlər Nazirliyinin “102” xidmətinə qızı Vəsilənin zorlanması və İmişli Rayon Mərkəzi xəstəxanasına aparması barədə məlumat verib:

“Evdə olmadığım vaxtlarda Mirzə yaşadığım evə gəlib. Qızım Vəsiləni yatağa salıb, onunla zorla cinsi əlaqədə olub. Vəsilənin Mirzə ilə cinsi əlaqədə olmaq istəməməsinə məhəl qoymayıb. Bunları mənə qızım danışıb. Daha sonra qızımdan eşitdim ki, Mirzə onunla yaşadığımız evdə müxtəlif vaxtlarda üç dəfə cinsi əlaqədə olub. Qızım həmin cinsi əlaqə nəticəsində Mirzədən hamilə qalıb”.

Sevdanın sözlərinə görə, 2023-cü il oktyabrın 31-də qızı Vəsilənin halının pisləşdiyini görüb, onu həkimə gətirəndə 18-19 həftəlik hamilə olduğunu bilib:

“Qızım Vəsilə hansısa tanımadığı taksi sürücüsü vasitəsi ilə aptekdən ona hamiləliklə bağlı dərman alaraq gətirməsini istəyib. Qızım həmin dərmanları qəbul etdiyindən halı pisləşib”.

Bu cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Mirzə iki il müddətinə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə yeddi il azadlıqdan məhrum edilib. Onun cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.



Mənbə

0
0
Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Ətraflı