İrəvan Bakıdan sülh sazişi ilə bağlı yeni təkliflər paketi alıb

“Ermənistan Azərbaycandan sülh sazişi layihəsi ilə bağlı yeni təkliflər paketi alıb”.

Bunu jurnalistlərlə söhbətində Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib.

Onun sözlərinə görə, söhbət sülh sazişinin 10-cu nəşrindən gedir.

Qeyd edək ki, bundan əvvəl Ermənistan Xarici İşlər Nazirliyi bir ay ərzində Azərbaycanla sülh sazişi imzalamağa hazır olduqlarını bəyan edib.

İyunun 4-də Ermənistan Xarici İşlər Nazirliyi, həmçinin, rəsmi Bakının son təkliflərinə cavab olaraq İrəvanın müqavilənin mətninin doqquzuncu nəşrini Azərbaycana verdiyini bildirib.

Mənbə: Ermənistan KİV

Mənbə

0
0
Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Ətraflı