Kəlbəcərdə yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların son vəziyyətləri ilə bağlı RƏSMİ AÇIQLAMA

Ötən gün Kəlbəcərdə baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların son vəziyyətləri açıqlanıb.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat verib.

Məlumatda qeyd olunur ki, 25.06.2024-cü il tarixində Kəlbəcər rayonunda baş verən yol-nəqliyyat hadisə nəticəsində dörd nəfər (İkisi qadın cinsli, ikisi kişi cinsli olmaqla) müxtəlif bədən xəsarətləri ilə Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub, bir nəfər isə Gəncədə yerləşən özəl tibb müəssisəsinə təxliyə olunub.

“Hazırda onların müayinə və müalicələri davam etdirilir. Xəsarət alanlardan bir nəfərin vəziyyəti ağır, üç nəfərin vəziyyəti isə orta ağır qiymətləndirilir”, – deyə məlumatda bildirilir.

Xatırladaq ki, iyun ayının 25-i saat 20:30-da Kəlbəcər rayonunun İstibulaq kəndi ərazisində “Mercedes-Benz” markalı avtomobil aşıb.

Hadisə nəticəsində Kəlbəcər rayon sakinləri – 1955-ci il təvəllüdlü Məqsəd Lazımov və 1958-ci il təvəllüdlü Qənirə Hüseynova həyatlarını itiriblər.

1988-ci il təvəllüdlü Elnur Qocayev, 1979-cu il təvəllüdlü Vüsal Yusifov, 1980-ci il təvəllüdlü Elşad Rəsulov, 1982-ci il təvəllüdlü Xəyalə Yusifova və 1984-cü il təvəllüdlü Ruhanə Rəsulova isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.

Əzizə İsmayılova



Mənbə

0
0
Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Ətraflı