Paata Patiaşvili: “Azərbaycan ordusunun güclü olması Gürcüstan üçün də çox önəmlidir”

“Azərbaycan ordusunun güclü olması Gürcüstan üçün də çox önəmlidir. Çünki bizim dərin dostluq və strateji əməkdaşlığımız var”.

“Report” xəbər verir ki, bu fikirləri Gürcüstan müdafiə nazirinin birinci müavini Paata Patiaşvili bildirib.

Nazir müavini bu əməkdaşlığın xüsusilə hərbi sahədə çox yüksək səviyyədə olduğunu deyib:

“Həm Azərbaycanla ikitərəfli, həm də Türkiyə ilə üçtərəfli formatda səmərəli əməkdaşlıq edirik. Bu əməkdaşlığımız tək bizim ölkələrimiz üçün deyil, ümumilikdə regionda sülh və sabitliyin bərqərar olunmasında mühüm əhəmiyyət kəsb edir”.

Mənbə

0
0
Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Ətraflı