Sumqayıt bulvarında 2 nəfər dənizə düşdü – Biri xilas edildi

Sumqayıt şəhərində bulvara yaxın ərazidə 2 nəfər dənizə düşüb.

Oxu.Az xəbər verir ki, bu haqda FHN məlumat yayıb.

Bildirilib ki, məlumat qəbul ediləndən dərhal sonra FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunublar.

Həyata keçirilən tədbirlər nəticəsində batma təhlükəsi ilə üzləşən vətəndaşlardan birinin yeri müəyyən olunaraq (“Sumqayıt” sularda xilasetmə məntəqəsindən təqribən 1 km aralı) xilas olunması təmin edilib.

Digər şəxsin axtarışları davam etdirilir.

Əlavə məlumat veriləcək.



Mənbə

0
0
Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Ətraflı