Zaqatalada dəhşətli qəza: 14 yaşlı oğlan xəstəxanada can verdi

Zaqatalada dörd gün əvvəl avtomobilin vurduğu 14 yaşlı oğlan xəstəxanada ölüb.

APA-nın məlumatına görə, 2010-cu il təvəllüdlü Əkbər Ülvi oğlu Alxasov bu gün müalicə aldığı Zaqatala Rayon Mərkəzi Xəstəxanasının (RMX) Cərrahiyyə korpusunun Reanimasiya şöbəsində dünyasını dəyişib.

Zaqatalada yeniyetmənin ölüm faktı ilə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı Zaqatala RPŞ-də CM-nin müvafiq maddəsi ilə cinayət işi başlayıb.

Qeyd edək ki, 14 yaşlı Ə.Alxasov iyun ayının 22-i axşam saatlarında Zaqatala şəhəri Anar Həmidov küçəsində Zaqatala şəhər sakini 1985-ci il təvəllüdlü Abdulla Ömərovun idarə etdiyi Toyota markalı minik avtomobili tərəfindən vurulmuşdu.

Zaqatalada yeniyetmənin ölüm faktı ilə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı Zaqatala RPŞ-də CM-nin müvafiq maddəsi ilə cinayət işi başlayıb.



Mənbə

0
0
Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Ətraflı