Azərbaycanda qazi ağır qəza törətdi: 1 ölü, 5 yaralı

Ağdamda qazi ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törədib.

Lent.az xəbər verir ki, hadisə Quzanlı-Əfətli avtomobil yolunda qeydə alınıb.

İkinci Qarabağ müharibəsi iştirakçısı Rövşən Elşən oğlu Rüstəmov sürücülük hüququ olmadan idarə etdiyi 77-YD-327 dövlət qeydiyyat nişanlı “Mercedes-Benz E350” markalı avtomobillə yolun əks istiqamətində hərəkətdə olan, 02-BU-150 dövlət qeydiyyat nişanlı, Vidadi Hüseyin oğlu Əliyevin idarə etdiyi VAZ-2106 markalı avtomobillə toqquşub.

Nəticədə VAZ-2106 avtomobildə olan qadın sərnişinlərdən biri ölüb, sürücü V.Əliyev, digər 4 sərnişin müxtəlif dərəcəli xəsarətləri alıb.

Qeyd edək ki, R.Rüstəmov “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilib.



Mənbə

0
0
Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Ətraflı