Azərbaycanın bir kəndində TƏHLÜKƏLİ VƏZİYYƏT – Ailələr köməksiz qalıblar

İsmayıllının Qoydan kəndində torpaq sürüşməsi təhlükəli həddə çatıb.

Bu barədə Oxu.Az-a kənd sakinləri məlumat veriblər.

Qeyd olunub ki, kənddə qalan bir neçə ailə çöldə gecələməli olub. Girdman çayına güclü sel gəlməsi səbəbindən onların kənddən çıxması mümkün deyil.

“Neçə gündür bütün aidiyyəti qurumlara xəbər versək də, məsələ ilə maraqlanan və əhaliyə kömək edən kimsə yoxdur. Xahiş edirik ki, bizim kənddən çıxmağımıza kömək etsinlər. Dörd bir tərəfdən torpaq sürüşməsi ilə üz-üzə qalmışıq” – deyə kənd sakini bildirib.

Xatırladaq ki, İsmayıllının Qoydan kəndində sürüşmə səbəbindən təhlükə yaranması ilə bağlı məlumat vermişdik.

Əzizə İsmayılova



Mənbə

0
0
Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Ətraflı