Azərbaycanın cənubu güclü küləyə təslim oldu: Əraziyə ağır texnika cəlb edildi, kəndlər boşaldılır

Axşam saatlarında Lerik rayonunda hava şəraiti ilə bağlı xəbərdarlıq olunub.

APA-nın məlumata görə, hazırda Lənkəranda güclü külək müşahidə olunur, arabir ildırım çaxır.

Lerik Rayon Fövqəladə Hallar Komissiyasının sədri Habil Məlikov bildirib ki, hazırda dağlardan düşən torpaq qatı ağır texnikalar vasitəsilə ərazidən kənarlaşdırılır.

Əlavə olaraq cənub bölgəsində qeyri-sabit hava şəraiti ilə bağlı iki rayonun iki kəndində təxliyə işləri görülür.

Hazırda Fövqəladə Hallar Nazirliyinin (FHN) Cənub Regional mərkəzinin xilasetmə qüvvələri Lənkəran rayonunun Narbağı və Astara rayonunun Maşxan kəndində təxliyə işləri aparırlar.

Bölgədə qeyri-sabit hava şəraiti davam edir. Elektrik enerjisinin verilişi dayanıb.

Küləklə müşahidə olunan yağış yağır.



Mənbə

0
0
Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Ətraflı