Sakinlərin NƏZƏRİNƏ: Bu gün bəzi ərazilərdə qaz olmayacaq

Bakının Xəzər və Binəqədi rayonlarında qaz olmayacaq.

Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, Xəzər rayonu, Zirə qəsəbəsində qaz xəttinin kipliyə sınaq olunması və Binəqədi rayonu, 7-ci Mikrarayon S.S.Axundov küçəsində yeni çəkilmiş qaz xəttinin mövcud xəttə qoşulması məqsədilə 27.06.2024-cü il tarixdə saat 10:00-dan etibarən qaz təchizatının dayandırılması planlaşdırılır.

Təmir-quraşdırma işləri görülən müddətdə Xəzər rayonunun Zirə qəsəbəsinin və Binəqədi rayonunun Amay Kunanbayev, Aydınbəyov küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.



Mənbə

0
0
Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Ətraflı