7 aylıq Aydının nənəsi: “Qızım vəfat edib, onun qoxusunu nəvəmdən alıram”

Yeddi aylıq Aydının sizin dəstəyinizə ehtiyacı var.

Bu barədə Oxu.Az-a onun nənəsi Aygün Ağayeva məlumat verib.

O bildirib ki, nəvəsinin dəstəyə ehtiyacı var:

“Aydın yeddi aylıqdır. Həkim müayinəsi zamanı onun qaraciyərində problem olduğunu öyrəndik. Onun analizlərini Türkiyədə yerləşən xəstəxanalardan birinə göndərdik. Həkim Aydının qaraciyər sirrozu ola biləcəyini, dəqiq müayinə üçün ora getməyimizi tövsiyə etdi”.

Nənə bildirib ki, Aydının anası 4 ay əvvəl yol-nəqliyyat hadisəsi zamanı dünyasını dəyişib:

“Qızım dörd ay əvvəl, Aydın üç aylıq olarkən yol-nəqliyyat hadisəsi zamanı həyatını itirib. O gündən də Aydına mən baxıram, balamın ətrini ondan alıram. Atası hər zaman onu ziyarətə gəlir, əlindən gələni edir onun üçün. O da fəhlədir. Aydını Türkiyədə müayinəyə aparmaq üçün lazım olan 1 000 dolların 600 dollarını atası borc-xərclə tapıb. Amma yenə də pulumuz tamamlanmır. Yardımsevər şəxslərdən bizə dəstək olmalarını xahiş edirəm”.

Ailə ilə əlaqə: (055) 784 33 36

Beynəlxalq Bank: 4127 2093 0092 0334



Mənbə

0
0
Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Ətraflı