ABŞ-nin növbəti prezidenti kim olacaq?

ABŞ-lilərin təxminən 70%-i hesab edir ki, 81 yaşlı Co Bayden ABŞ prezidenti kimi öz vəzifələrini səmərəli şəkildə yerinə yetirmək üçün çox qocadır.

Bunu “The New York Times” və Siena Kolleci Araşdırma İnstitutunun birgə keçirdiyi sorğunun nəticələri sübut edir.

Araşdırmaya görə, respondentlərin 69%-i Baydenin yaşının onun effektiv lider olmasına mane olması ilə qəti şəkildə razılaşıb. Eyni zamanda ABŞ-lilərin 45%-i hazırkı prezidentin yaşının çox ciddi problem olduğunu və Baydenin ümumiyyətlə işinin öhdəsindən gələ bilmədiyini bildirib.

Sorğu onu da göstərib ki, seçki indi keçirilsəydi, seçicilərin 48%-i 78 yaşlı Donald Trampa, 42%-i isə Baydenə səs verəcəkdilər.

Qeyd edək ki, sorğu 1 225 ABŞ-li arasında keçirilib.

Xatırladaq ki, ABŞ-də prezident seçkisi noyabrın 5-də baş tutacaq.

Mənbə: TASS



Mənbə

0
0
Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Ətraflı