Qumla oynamaq uşaq sağlamlığına necə təsir edir?

“Qumla oynamaq uşaq sağlamlığına olduqca müsbət təsir göstərir”.

Oxu.Az xəbər verir ki, bu fikirləri “Sağlam radio”da yayımlanan “Sağlam səhər” verilişində Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun həkim-pediatrı Nuranə Hüseynova açıqlayıb.

Onun sözlərinə görə, bu, maddələr mübadiləsini yaxşılaşdırmağa, dəri xəstəliklərinin, tənəffüs orqanlarının, sinir sisteminin fəaliyyətinin, oynaqların müalicəsində kömək edir:

“Eyni zamanda, qumlu səthdə ayaqyalın gəzmək ayaqlar üçün faydalıdır. Uşaqların qumla oynadığı zaman valideynlər təhlükəsizlik qaydalarına riayət etməlidilər. Zədələnən dəri ilə qumda oynamaq olmaz, çizilmələr və kəsiklər tamamilə sağalmalıdır. Əks halda yaraya infeksiyanın düşmə riski yüksəkdir”.

Pediatr qeyd edib ki, körpənin soyuq qumun üzərində oturmasına icazə verməyin:

“Bu, genital sisteminin iltihabı xəstəliklərinə səbəb ola bilər”.



Mənbə

0
0
Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Ətraflı