Şəhid bacısı: “Buna da şükür edirik, heç olmasa, məzarı oldu”

“Anam və atam dərdinə dözə bilmədilər”.

Bunu Oxu.Az-a açıqlamasında Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş, 32 il sonra meyit qalıqları tapılmış Elman Xurşud oğlu Cavadovun bacısı Sədaqət Şirinova deyib.

O, qardaşı ilə bağlı xatirələrindən danışıb:

“Qardaşım 1992-ci ildə həqiqi hərbi xidmətə çağırıldı. Həmin ilin iyunun 19-da Ağdərənin Atrek kəndində 41 nəfərlə birlikdə itkin düşdü. Çox vətənpərvər idi. Anam və atam dərdinə dözə bilmədilər. 32 il onu ümidlə gözlədik. Amma gəlmədi. Buna da şükür edirik. Heç olmasa, məzarı oldu. Sevinirəm ki, ziyarət edəcəyimiz yer var. Çox şükür. Biz qovuşduq. Allah bütün şəhidlərimizə rəhmət etsin”.

Qeyd edək ki, E.Cavadovun qalıqları bu gün Sumqayıt Şəhidlər xiyabanında torpağa tapşırılıb.

Nəzrin Vahid



Mənbə

0
0
Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Ətraflı