Tramp Baydeni Çindən maliyyə almaqda ittiham etdi

ABŞ-nin keçmiş prezidenti və qarşıdan gələn prezident seçkisinə namizəd Donald Tramp seçkiqabağı debat zamanı rəqibi, hazırkı dövlət başçısı Co Baydeni Çindən pul almaqda ittiham edib.

“Bu adamın rəhbərliyi altında indi ölkəmizin tarixində ən böyük ticarət defisitimiz var. Çin ona pul verir. O, Mançuriya namizədidir”, – deyə Tramp bildirib.

Qeyd edək ki, “Mançuriya namizədi” ( ing. The Mancurian Candidate ) – 1962-ci ildə baş rollarda Frank Sinatra və Laurens Harvinin çəkildiyi, soyuq müharibə haqqında filmdir. Film Çin tərəfinin hipnoz vasitəsi ilə idarə etdiyi ABŞ-li hərbçinin hekayəsindən bəhs edir. Son illər filmin adı ingilis dilində məişət sözünə çevrilib və xarici dövlətin və ya digər xarici qüvvələrin agentlərini təsvir etmək üçün istifadə olunur.

Mənbə: İz.ru

Mənbə

0
0
Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Ətraflı