MSK sədri: “Müşahidəçilər üçün dəvətlər hazırlanır”

“Prezident seçkisində on mindən çox müşahidəçi və beynəlxalq nümayəndə olub. Bu dəfə də həmin dəvətlər hazırlanır”.

Oxu.Az xəbər verir ki, bunun Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deyib.

O bildirib ki, MSK müşahidəçilərlə bağlı göstəricilərin əvvəlki illərdən az olmamasına çalışacaq.

“Veb-kameralarla bağlı işlərə artıq başlanılmalıdır. Bəzən xətlərdə sıradançıxma halları ola bilər, bunu müəyyən edib qarşısını almaq üçün öncədən baxılmalıdır. Seçki prosesi səhər saat 07:00-dan sona qədər yayımlanmalı və diqqətdə saxlanılmalıdır”, – deyə M.Pənahov qeyd edib.

Könül Cəfərli

Mənbə

0
0
Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Ətraflı