Yaponiyada 40 ildə ilk dəfə pulun “siması” dəyişdi

Yaponiyada 40 ildə ilk dəfə olaraq ən böyük nominallı əsginasın “siması” dəyişdirilib.

Məlumata görə, indi on min yenlik əsginasın üzərində filosof Yukiçi Fukuzavanın əvəzinə “yapon kapitalizminin atası” Eyiti Sibusava təsvir edilib.

Sibusava bir çoxu 20-ci əsrdə təkmilləşdirildikdən sonra dünya şöhrəti qazanmış yüzlərlə şirkətin (məsələn, ISUZU avtomobil konserni, dəmiryol nəhəngi JR, “Asahi” pivə istehsalı şirkəti, TEPCO və s.) yaradıcısı və həmtəsisçisi kimi tanınır.

Qeyd edək ki, Sibusavanın doğma şəhəri Fukayada insanlar onunla qürur duyurlar: sahibkarın portretləri avtobusları, dayanacaqları və vitrinləri bəzəyir.

Mənbə: RİA novosti



Mənbə

0
0
Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Ətraflı