Turan İbrahimov: “İran rejimi sağ qalmaq üçün “B” planını işə salır”

“İranın daxilində baş verən proseslərdən belə bir qənaətə gəldim ki, Azərbaycan türkü Məsud Pezeşkian prezident olacaq”.

Bunu Baku TV-nin departament rəhbəri Turan İbrahimov deyib.

“Bu, əvvəlcədən planlaşdırılıb. Mənim fikrimcə, M.Pezeşkianın seçkiyə buraxılması, seçkidə türk olduğunu ön plana çıxarması, azərbaycanlı olduğunu dəfələrlə vurğulaması, nəticədə də ikinci turda prezident seçilməsi İranın Ali Rəhbəri Əli Xameneyinin və onun ətrafında olan, üzdə görünməyən fiqurların verdiyi qərardır. Çünki ölkədə molla rejimini saxlamaq üçün bir türkün İranın prezidenti olmasına imkan vermək qərarına gəliblər. Bu, nəticədə İranda mərkəzdənqaçma əhval-ruhiyyəsində olan azərbaycanlıların, qaşqayların, türkmənlərin və digər türk xalqlarının yenidən İran ideyası ətrafında birləşməsinə stimul verir”, – o vurğulayıb.

Ətraflı süjetdə:

Turan İbrahimov: “İran rejimi sağ qalmaq üçün “B” planını işə salır”


Turan İbrahimov: “İran rejimi sağ qalmaq üçün “B” planını işə salır”


Mənbə

0
0
Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Ətraflı