Azərbaycan ATƏT/DTİHB və PA-nı növbədənkənar parlament seçkisində müşahidə üçün dəvət edib

İki gün əvvəl ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu (DTİHB) və ATƏT Parlament Assambleyası (PA) sentyabrın 1-də Azərbaycanda keçiriləcək Milli Məclisə növbədənkənar seçkiyə müşahidə missiyaları göndərmək üçün Azərbaycandan rəsmi dəvət alıb.

Bu barədə “Report”a diplomatik mənbələr məlumat verib.

Bildirilib ki, hazırda qurum Azərbaycanın təklifini nəzərdən keçirir.

Qeyd edək ki, Prezident İlham Əliyev iyunun 28-də altıncı çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkinin təyin edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamla altıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nə növbədənkənar seçki təyin edilib.

Mənbə

0
0
Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Ətraflı