Əfqan İsayev: “SOCAR regionun enerji xəritəsinin formalaşmasında əsas rol oynamaq niyyətindədir”

“Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) fəal iştirak edərək iqlim dəyişikliyinin təsirlərinin yumşaldılmasına kömək edəcək tədbirlər və müzakirələr təşkil etməyi planlaşdırır”.

“Report” xəbər verir ki, bunu SOCAR-ın vitse-prezidenti Əfqan İsayev “Euronews”a açıqlamasında deyib.

Ə.İsayev digər milli və beynəlxalq neft şirkətləri ilə birgə səylərin vacibliyini vurğulayıb:

“Strateji tərəfdaşlıqlar və perspektivli layihələr vasitəsilə SOCAR gələcək nəsillər üçün dayanıqlı gələcəyi təmin etməyi hədəfləyir”.

“SOCAR strateji mövqe tutur ki, regionun gələcək enerji xəritəsinin formalaşmasında əsas rol oynasın”, – deyə o vurğulayıb.

Vitse-prezident, həmçinin “Euronews”a şirkətin karbohidrogen və aşağı karbonlu biznes portfelini tarazlaşdırmaq məqsədilə ənənəvi neft-qaz müəssisəsindən 2035-ci ilə qədər enerji sahəsində şaxələndirilmiş lider şirkətə çevirmək planları və addımları barədə danışıb.

Ə.İsayev SOCAR karbonsuzlaşdırmaya sadiqliyini vurğulayaraq, emissiya səviyyəsini qlobal sənaye liderlərinin səviyyəsinə uyğunlaşdırmaq niyyətində olduğunu deyib.

O bildirib ki, dövlət şirkəti strateji qlobal oyunçularla əməkdaşlıq edir, o cümlədən iki günəş və bir külək elektrik stansiyası da daxil olmaqla 1 GVT gücündə bərpa olunan enerji mənbələrinin, həmçinin ekoloji cəhətdən təmiz hidrogen istehsalına yönəlmiş 2 GVT gücündə dəniz külək enerjisi layihəsinin hazırlanmasına başlayıb.

Mənbə

0
0
Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Ətraflı