Bakıda özəl xəstəxanada 32 yaşlı qadının ölümü ilə bağlı DETALLAR

Bakıda yerləşən “Stimul Hospital”da 32 yaşlı qadının ölümü ilə bağlı bəzi detallar məlum olub.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, 1992-ci il təvəllüdlü Aytən Fəxrəddin qızı Cabbarlı iyulun 9-da klinikada vəfat edib. Onun meyiti ekspertiza müayinəsindən keçib və üzərində heç bir zorakılıq əlaməti aşkarlanmayıb.

Özəl xəstəxana isə xəbəri təkzib edib. “Stimul Hospital”dan Oxu.Az-a bildirilib ki, orada belə bir hadisə baş verməyib.

Nəzrin Vahid

Bakıda fəaliyyət göstərən özəl klinikada ölüm hadisəsi baş verib.

Lent.az xəbər verir ki, hadisə “Stimul Hospital”da qeydə alınıb.

Klinikaya gələn 1992-ci il təvəllüdlü Aytən Fəxrəddin qızı Cabbarlı orada ölüb.

A.Cabbarlının ölüm səbəbi hələlik açıqlanmır.

Ölüm faktı ilə bağlı prokurorluq araşdırma aparır.



Mənbə

0
0
Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Ətraflı