“Brent”in qiyməti 18 iyundan bəri ilk dəfə 84 dollara düşüb

Londonun ICE birjasında “Brent” markalı neftin sentyabr müqaviləsinin dəyəri 18 iyun 2024-cü ildən bəri ilk dəfə bir barel üçün 84 dollara düşüb.

Bu barədə ticarət məlumatlarından bəlli olur.

Bakı vaxtı ilə saat 11:15-a olan birja məlumatlarına görə, “Brent” 84,12 dollar (-1,08%) səviyyəsində ticarət olunub.

Eyni zamanda, avqust təhvili ilə WTI markalı neft füçersinin dəyəri 0,44% azalaraq barel üçün 80,92 dollara düşüb.

Mənbə: TASS

Mənbə

0
0
Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Ətraflı