Gəncədə oyun və idman qurğularını kim OĞURLAYIR?

Gəncənin Yeni Gəncə yaşayış massivində sakinlər məhəllədəki oyun və idman qurğularının günü-gündən dağılıb getməsindən şikayətlənirlər.

Xezerxeber.az-ın məlumatına görə, yaşayış massivində 43, 56 və 64 saylı binaların sakinləri deyirlər ki, yaşadıqları məhəllədəki idman və oyun alətləri get-gedə dağılaraq yoxa çıxır.

Onların sözlərinə görə, qurğuların dəmirlərini satmaq üçün sökürlər. Dəmirlər kəsilib aparıldığından dibindəki qalıqlar uşaqlar üçün təhlükə yaradır.

Məsələ ilə bağlı Gəncə Mənzil Kommunal Təsərrüfatı İB-dən bildirilib ki, şəhərdə nümunəvi abad məhəllələrin yaradılması işi mərhələli şəkildə həyata keçirilir. Təkcə ötən il 11 belə məhəllə abadlaşdırılıb və proses davam etdirilir.

Şəhər polisindən isə sözügedən ərazidən oğurluq edilməsi ilə bağlı müraciətin daxil olmadığı bildirib.

Ətraflı süjetdə:

Gəncədə oyun və idman qurğularını kim OĞURLAYIR?


Gəncədə oyun və idman qurğularını kim OĞURLAYIR?




Mənbə

0
0
Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Ətraflı