Ağstafa rayonunun Poylu qəsəbəsində maskalı şəxslər tərəfindən evə basqın edilib.
“Report”un məlumatına görə, yerli sakin Təranə Əliyevaya məxsus evdən pul oğurlayan naməlum şəxslər ərazidən uzaqlaşıblar.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib ki, məsələ ilə bağlı araşdırmalara başlanılıb.
İddialara görə, T.Əliyeva rayonda sələmçi kimi tanınır.