Burak Özçivit Rusiya filmində ilk roluna hazırlaşır

Məşhur türkiyəli aktyor Burak Özçivit ilk dəfə Rusiya filmində rol alacaq.

Oxu.Az xəbər verir ki, bu barədə “Mash” “Telegram” kanalı öz mənbəsinə istinadən məlumat yayıb.

Bildirilir ki, Özçivit “Slovo patsana. Krov na asfalte” serialının ulduzu Ruzil Minekayev ilə birlikdə layihədə iştirak etməyə razılıq verib.

Mənbə iddia edir ki, aktyorun səhnələri Almetyevskdə çəkiləcək.

Məlumata görə, aktyorun adına avqustun 24-də Kazanın hotellərindən birində otaq rezerv edilib.

Ehtimal olunur ki, aktyorun bir çəkiliş günü 1.5 milyon rubldan 3 milyon rubladək (təxminən 28.1 – 56.3 min manat) məbləğə başa gələ bilər.



Mənbə

0
0
Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Ətraflı