Corc Kluninin fondunun fəaliyyəti Rusiyada qadağan edilib

Rusiya məşhur Hollivud aktyoru Corc Kluninin rəhbəri olduğu “Azadlıq Uğrunda Kluni Fondu”nun fəaliyyətini ölkə ərazisində arzuolunmaz elan edilib.

Oxu.Az bildirir ki, bu barədə Rusiyanın Baş Prokurorluğunun “Telegram” kanalında məlumat verilib.

“Fond Hollivud miqyasında Rusiyanı gözdən salmağa yönəlmiş işlər həyata keçirir. Ölkəni tərk etmiş yalançı vətənpərvərləri, fəaliyyəti qadağan edilmiş ekstremist birliklərin və terror təşkilatlarının üzvlərini fəal şəkildə dəstəkləyir”, – deyə Rusiya Baş Prokurorluğu fondun arzuolunmaz kimi tanınması qərarını izah edib.



Mənbə

0
0
Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Ətraflı