Cənubi Qafqazın apendisiti…

Rüstəm Qaraxanlı yazır…

Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana dövlət səfərini şərh edən erməni siyasi ekspert Vaqe Ovannisyan ölkəsini Cənubi Qafqazın “perspektivsiz apendisit”i adlandırıb. Ekspertə görə, geosiyasi çağırışlara qarşı baş nazirinin velosiped gəzintisi və müxalifətinin şer yarışmasından başqa heç nə çıxara bilməyən Ermənistan zamanla özünün mənasız regional rolu ilə barışmaqdadır. Ovannisyanın yerli ictimai rəyə nə dərəcədə təsir etməsindən asılı olmayaraq, gəldiyi qənaətin erməni cəmiyyətinin müəyyən qisminin yaşadığı kompleksi əks etdirdiyi şübhəsizdir.

Apendisit qarın boşluğunda müşahidə olunan ən geniş yayılmış kəskin xəstəlikdir. Arasıkəsilməz ağrıların meydana çıxması ilə başlayır, tədricən sağ qalça çuxuruna keçir, ürəkbulanma, ağızda quruluq, ümumi əzginlik, temperaturun 38,5°C-yə qədər qalxması ilə müşayiət olunur, taxikardiya baş verir və aydındır ki, cərrahi müdaxilə tələb edir. Erməni cəmiyyəti ola bilsin indi agah olub, ancaq bu xalq 200 ildir ki, bölgənin siyasi apendisitidir və onun nə vaxtsa cərrahi müdaxiləyə məruz qalacağı zaman məsələsi idi. Erməni ictimai rəyinin oyundankənar vəziyyətə düşdüyünü məhz Putinin Bakıya səfəri zamanı dilə gətirir. Bunu erməni xalqının şüuraltında “X” anının yetişməsi kimi də dəyərləndirmək olar.

2020-ci ilin 44 günlük müharibəsi və 2023-cü ilin antiterror tədbirləri Azərbaycan ərazisində kök salmış irinin neytrallaşdırlmasına qarşı məcburi cərrahi əməliyyat idi. Qarabağdakı erməni separatizminin 30 il ərzində böyüməsi və absesə çevrilməsi bu müdaxiləni qaçılmaz və labüd edirdi. Geosiyasi irinin ixracı cəmi 45 günə başa çatdı. İndi isə gündəmdə lokal qol-budağı kəsilən apendisitin köklü şəkildə, regional səviyyədə müalicəsi durur – Zəngəzur dəhlizi və Yerevanın konstitusiyasında Azərbaycana qarşı əks olunmuş ərazi iddialarından rəsmi şəkildə imtina etməsi.

V.Putinin Bakıya səfəri zamanı Rusiya tərəfinin verdiyi bəyanatlar prioritet müzakirə mövzularından birinin Zəngəzur olduğuna dəlalət edir. Əvvəla, Şimal-Cənub iqtisadi dəhlizində Azərbaycanın müstəsna rolu qəbul edilir. Prezident Putin özü bəyan edir ki, sözügedən dəhliz mövzusunda hər iki ölkənin görüşlərinin üst-üstə düşməsi Rusiya iqtisadiyyatının Hind okeanına çıxması deməkdir. Bu, Paşinyan hökumətinin “müəllif”i olduğu sınıq-salxaq logistik layihə – “erməni yolayrıcı”nın tabutuna çalınmış böyük mismardır. Yerevan doğulmağa imkan tapmayan bu rüşeym-layihəni aktuallaşdırmağa çalışsa da, İranla Hindistan üçün cəlbedici olması naminə dəridən-qabıqdan çıxsa da, nəticə etibarilə əliboş qalır. Bütün digər regional və transmilli layihələrdə olduğu kimi. Bu, həm də İranın “qırmızı cizgilər” haqqında nağıllarının aktuallığını itirməsi deməkdir. Zəngəzur dəhlizi olarsa, İranın şimal istiqaməti ilə əlaqələrinə xələl gələcək kimi absurd qorxuların çarəsi Azərbaycandan keçən Şimal-Cənub dəhlizindədir. Başqa sözlə, Tehranın şimala yolu Ermənistandan deyil, Azərbaycandan keçir.

İkincisi, Rusiya xarici işlər naziri Lavrovun dili ilə bir daha bildirir ki, Ermənistan baş nazirinin 10 noyabr üçtərəfli bəyanatının altında imzası var. Bu sənədin bəndlərindən biri də Zəngəzur dəhlizini ehtiva edir. Odur ki, Paşinyanın nədən imza atdığı öhdəlikdən boyun qaçırdığını Kremldə anlamırlar. Bu bəyanatın tərcüməsi ondan ibarətdir ki, öhdəliyin məcburən icra olunmaq kimi xüsusiyyəti var və Paşinyanın üzərində bir daha “Dəmir yumruq”un ağırlığını hiss etməsi kimi mazoxist istəyinin səbəbi Moskva üçün aydın deyil.

Nəhayət, Putinin daha bir bəyanatı regional apendisitin kəsilməsinə dair qərarın pasiyentə çatdırıması ilə bağlıdır. Rusiya prezidenti bildirir ki, Ermənistanla Azərbaycan arasında demarkasiya və delimitasiya məsələləri və ümumən, yekun sülh sazişinə dair Bakıda aparılan müzakirələr barədə Paşinyanı məlumatlandıracaq. Bu o deməkdir ki, cərrahi konsilium artıq qərarı qəbul edib və xəstənin hazırlaşması lazımdır. Rəsmi Yerevanın Zəngəzur dəhlizini açması, o cümlədən, onun 10 noyabr bəyanatında qeyd edildiyi kimi, Rusiya tərəfindən idarə edilməsi, habelə konstitusiyasında müvafiq dəyişikliklərə getməsi təqdirində cərrahi əməliyyat narkozla müşayiət olunacaq, əks halda isə…

Mənbə

0
0
Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Ətraflı