SOCAR və “Qazprom” strateji tərəfdaşlığı genişləndirmək barədə razılığa gəliblər

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) və Rusiyanın “Qazprom” şirkəti arasında çoxşaxəli strateji tərəfdaşlığın genişləndirilməsi barədə razılıq əldə olunub.

Oxu.Az interfax.ru-ya istinadən xəbər verir ki, bu barədə Rusiya şirkətinin mətbuat xidməti məlumat yayıb.

“Qazprom” və SOCAR arasında qarşılıqlı faydalı tərəfdaşlıq dinamik şəkildə inkişaf edir. Bu tərəfdaşlıq çərçivəsində, “Şimal-Cənub” layihəsi və genişmiqyaslı elmi-texniki əməkdaşlıq proqramının imzalanması ilə bağlı sentyabr ayında əldə edilən razılıqlar da yer alır. Strateji tərəfdaşlığın genişləndirilməsi barədə də razılıq əldə olunub” , – deyə “Qazprom”un rəhbəri Aleksey Miller bildirib.

Qeyd edək ki, “Qazprom”un İdarə Heyətinin sədri Aleksey Millerin rəhbərlik etdiyi nümayəndə heyəti Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana dövlət səfəri çərçivəsində keçirilən tədbirlərdə iştirak edib. Putin avqustun 18-də Bakıya iki günlük səfərə gəlib. Dövlət başçıları danışıqlar aparıb və bir sıra birgə sənədlər imzalayıblar.

Mənbə

0
0
Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Ətraflı