Azərbaycana COP29-la bağlı nə qədər qonaq gələcək?

“Azərbaycan COP29-da bütün dünyaya atəşkəslə bağlı çağırış edəcək”.

“Report” xəbər verir ki, bunu Azərbaycan energetika nazirinin müavini, bu ilin noyabr ayında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) baş katibi Elnur Sultanov Türkiyənin “Anadolu” agentliyinə müsahibəsində deyib.

O bildirib ki, COP29-un əsas mövzusu iqlim dəyişikliyi olacaq:

“Həmçinin inkişaf etmiş ölkələrin inkişaf etməkdə olan ölkələrə daha çox dəstək göstərməsi də COP29-un gündəliyində olacaq. İqlim dəyişikliyi ən çox Afrikaya təsir edir”.

E.Sultanov xatırladıb ki, Ermənistan da COP29-a dəvət edilib:

“Təxminən 80 min qonağımız olacaq. Dünyanın bütün prezidentlərinə dəvət göndərilib. 50-dən çox dövlətdən nazirlər gələcək. Bu rəqəmin artacağı da gözlənilir. COP29 Azərbaycanın indiyə kimi ev sahibliyi etdiyi digər bütün tədbirlərlə müqayisə edilməyəcək tədbir olacaq. İqlim müzakirələrinə liderlik edəcəyik. Azərbaycanın qonaqpərvərliyini ortaya qoyacağıq. COP-un uğursuz olma ehtimalı yoxdur”.

Mənbə

0
0
Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Ətraflı