“Boneyr adasından olan qonaqlar avqustun 22-də Bakı Təşəbbüs Qrupu (BTQ) ilə birlikdə müstəmləkəçiliklə mübarizə çərçivəsində keçirilən tədbirdə dünyaya müraciət edəcəklər”.
“Report” xəbər verir ki, bunu BTQ-nin rəhbəri Abbas Abbasov jurnalistlərə açıqlamasında deyib.
“Avqustun 22-də BTQ-nin növbəti tədbiri keçiriləcək. Cari ilin oktyabrında Boneyr adası BMT-yə qətnamə layihəsi təqdim edəcək. Onların Bakıdakı nümayəndələri BTQ ilə birlikdə konfrans keçirmək üçün müraciət etmişdilər və biz sabah Niderlandın müstəmləkəçiliyindən əziyyət çəkən Boneyr xalqı üçün tədbir keçirəcəyik. Onlar bu tədbirdə sözügedən qətnamə layihəsi BMT-yə təqdim edilməzdən əvvəl dünyaya müraciət edəcəklər”, – deyə o bildirib.