MEDİA Nair Əliyevin vəfatı ilə bağlı başsağlığı verib

Medianın İnkişafı Agentliyi (MEDİA) Azərbaycanın Əməkdar jurnalisti Nair Əliyevin vəfatı ilə bağlı başsağlığı verib.

Oxu.Az xəbər verir ki, bu barədə agentlik paylaşım edib:

“Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin rəhbərliyi və kollektivi Əməkdar jurnalist Nair Əliyevin vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə dərin hüznlə başsağlığı verir. Allah rəhmət eləsin!” – deyə paylaşımda qeyd edilib.

Qeyd edək ki, Oxu.Az-ın əməkdaşı, Əməkdar jurnalist Nair Əliyev bu gün uzun sürən xəstəlikdən sonra vəfat edib.



Mənbə

0
0
Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Ətraflı