Ceyk Sallivan: “İsrailə zərbənin İran üçün dəhşətli fəsadları olacaq”

ABŞ administrasiyası İsrailə bugünkü raket hücumunun İran üçün ciddi fəsadları olacağını bəyan edib.

Oxu.Az TASS-a istinadən xəbər verir ki, bunu Ağ Evdə xüsusi brifinqdə çıxış edən ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan deyib.

Ceyk Sallivan Vaşinqtonun Tehrana cavabının sanksiyalardan kənara çıxa biləcəyi ilə bağlı məsələnin qaldırılmasını qanuni adlandırıb. “Bu, tamamilə qanuni məsələdir. Cavab isə israilli həmkarlarımızla danışıqlar və məsləhətləşmələrə əsaslanacaq. Burada sizin qarşınızda dayanaraq cavab verməyim hələ tezdir. Biz bunun hücum olduğunu açıq şəkildə bildirdik. Bunun dəhşətli fəsadları olacaq və biz israillilərlə birlikdə bunun belə olduğuna əmin olmaq üçün işləyəcəyik”, – ABŞ liderinin müşaviri bildirib.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More