İran İsrailə raket hücumunun başa çatdığını elan etdi

“İranın İsrailə raket hücumu başa çatıb, lakin İsrailin cavab verəcəyi təqdirdə yeni hücum daha güclü olacaq”.

Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi bildirib.

Onun sözlərinə görə, İran Qəzzada atəşkəs gözlədiyi üçün İsrailə hücumunu iki ay təxirə salıb.

Qeyd edək ki, bu yaxınlaradək İsrail İrana dəfələrlə xəbərdarlıq edib ki, miqyasından asılı olmayaraq öz ərazisinə istənilən hücuma cavab verəcək, İranın nüvə və ya neft infrastrukturuna birbaşa zərbələr endirəcək.

İsrail ordusu əhalinin sığınacaqları tərk etməsinə icazə verib.

Oxu.Az TASS-a istinadən xəbər verir ki, artıq İrandan gələn təhlükə yoxdur.

İsrail ordusu İranın hücumunun nəticələrinin olacağını deyib. Qeyd edilib ki, İsrail ordusunun planları var.

Məlumata görə, İsrail Ordusunun Baş Qərargah rəisi İranın hücumundan sonra Təl-Əvivdə əməliyyat iclası keçirir.

ABŞ Prezidenti Co Bayden orduya İranın hücumlarına qarşı müdafiədə İsrailə dəstək verməyi əmr edib.

Oxu.Az bu barədə Vesti.ru-ya istinadən xəbər verir.

Bildirilib ki, İsrail Hava Hücumundan Müdafiə vasitələri hücumu təkbaşına dəf etməkdə çətinlik çəkir. Raketlərdən bəzilərinin İsrailin Aralıq dənizindəki qaz yataqlarına düşdüyü, ərazidə güclü yanğının başladığı vurğulanır.

Qeyd edək ki, İsrailə raket hücumu İranın ali dini lideri Ayətullah Əli Xamneyinin göstərişi ilə həyata keçirilib.

İran İslam İnqilabı Keşikçiləri Korpusu İsrailə raket hücumu təşkil etdiyini açıqlayıb.

Oxu.Az xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.

Bildirilib ki, “Doğru Vəd 2” hücum əməliyyatı HƏMAS lideri İsmayıl Haniyənin və “Hizbullah” rəhbəri Həsən Nəsrullahın qətlinə cavabdır. Əgər İsrail hərbi reaksiya verərsə, daha sarsıdıcı cavabla üzləşəcək.

İran Prezidenti Məsud Pezeşkian isə bəyan edib ki, İsrailə hücum ölkənin suverenliyinin pozulmasına legitim cavabdır.

Qeyd edək ki, raket zərbələrilə əlaqədar İordaniya və İraq həva məkanını bağlayıb.

İsrail ordusu İrandan ölkəyə raketlərin atıldığını bildirib.

Oxu.Az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

İsfahan səmasında həmin raketlərin fotosu çəkilib.

İsrail ərazisində artıq hava hücumundan xəbərdarlıq siqnalları işə salınıb.

“The Jerusalem Post” İrandan İsrailə 400-ə yaxın raket atıldığını yazıb. Onlardan bəziləri İordaniya səmasında vurulub.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More