ABŞ-də “Helen” qasırğası nəticəsində ölənlərin sayı 160 nəfəri keçib.
Oxu.Az bu barədə “Fox News” telekanalına istinadən xəbər verir.
Məlumata görə, bu, son yarım əsrdə ölkədə ən çox ölümlə nəticələnən ikinci qasırğa olub.
Nəticədə, o yalnız 2005-ci ildə tüğyan edən “Katrina” qasırğasından geri qalır.