Azərbaycan İnnovasiya Mərkəzi açılıb

Bu gün Bakıda Azərbaycan İnnovasiya Mərkəzinin açılış mərasimi keçirilib.

“Report” xəbər verir ki, Mərkəzi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi təsis edib.

Azərbaycan İnnovasiya Mərkəzi texnoloji sahibkarlar, startapçılar, innovatorlar üçün vahid mərkəz rolunu oynayacaq.

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov açılış mərasimində bildirib ki, Bakıda ikinci, daha böyük İnnovasiya Mərkəzinin yaradılması da nəzərdə tutulub:

“AİM sadəcə ofis deyil, böyük ekosistem oyunçusudur. Burada staartaplar inkubasiya və akselerasiya proqramlarında iştirak edərək investorlarla görüş keçirmək, tərəfdaşlıq yaratmaq və layihələrini təqdim etmək imkanı əldə edəcəklər. Mərkəz həmçinin texnologiya icmalarını tədbirlərini keçirmək üçün uyğun bir məkanla təmin edəcək, bu da icmaların daha effektiv inkişafına, təcrübə, fikir və bilik paylaşımına şərait yaradacaq”.

“Azərbaycanda fəaliyyət göstərmək istəyən yerli və xarici şirkətlər üçün Mərkəz uyğun icarə şərtləri və digər üstünlüklər təklif edir. Bu, Mərkəzi təkcə yerli startaplar üçün deyil, həm də beynəlxalq şirkətlər üçün cəlbedici edir, Azərbaycanı yeni bazar olaraq qiymətləndirmək imkanı yaradır. İnnovasiya təbii ki, sadəcə Bakı ilə kifayətlənməməlidir”, – deyə nazir müavini əlavə edib.

“Bölgələrdə də AİM-lərin açılması planlaşdırılır. Onlar yaxın perspektivdə Sumqayıt və Gəncədə təsis ediləcək. Əminəm ki, bu mərkəzlər regionlarda yaşayan innovativ təfəkkürlü vətəndaşlarımız və ümumilikdə innovasiya həvəskarlarının bir araya gələcəyi məkanlara çevriləcək. Bu Mərkəzin yaradılmasında əməyi keçən hər kəsə, xüsusilə də nazirlik yanında İnnovasiya və Rəqmsal İnkişaf Agentliyinin komandasına təşəkkür edirəm. Azərbaycanda innovasiya ekosisteminin inkişafı istiqamətində atılan bu addımlar və əldə edilən uğurlar dayanıqlı iqtisadi artım və qlobal müstəvidə rəqabət qabiliyyətimizin gücləndirilməsi üçün güclü zəmin yaradır”, – deyə S.Məmmədov vurğulayıb.

Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More