bp, “SOCAR Green” və AİŞ arasında Birgə İştirak Müqaviləsi imzalandı

“İşğaldan azad edilmiş ərazilərimizin iqtisadi və yaşıl enerji potensialının reallaşdırılması üçün mühüm təşəbbüslər həyata keçirilir”.

Oxu.Az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün “X” hesabında paylaşım edib:

“Bu gün Cəbrayılda 240 MVt-lıq “Şəfəq” Günəş Elektrik Stansiyasının tikilməsi məqsədilə bp, “SOCAR Green” və AİŞ arasında Birgə İştirak Müqaviləsi imzalandı. Layihə birbaşa xarici investisiyaların cəlb edilməsi ilə ölkəmizin “yaşıl” keçid hədəfinin dəstəklənməsinə, Cəbrayıl rayonunun iqtisadi inkişafı və günəş enerjisi potensialından istifadə etməklə bölgənin enerji təminatının gücləndirilməsinə, Xəzər dənizi və Səngəçal terminalında karbon emissiyalarının azaldılmasına töhfə verəcək”.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More